Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Azərbaycanda 50 nəfər SAXLANILDI

Azərbaycanda 50 nəfər SAXLANILDI

İyulun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Həmçinin oxuyun

Şuşada SOCAR-ın maşını aşıb , ölən var – DİN-dən açıqlama

Şuşanın Daşaltı kəndində SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat …