Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda 50% endirimlə maşın satılacaq

Azərbaycanda 50% endirimlə maşın satılacaq

Oktyabrın 20-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.  ƏMDK-ya istinadən yayılan məlumata görə, hərraca 2 avtomobil çıxarılacaq.
Bunlardan biri 1998-ci ilin istehsalı olan “NİSSAN MAXİMA” markalı minik avtomobil olacaq. Maşın 5-ci dəfə, 50% endirimlə hərraca çıxarılacaq və start qiyməti 950 manat olacaq. Digər avtomobil isə 1996-cı ildə buraxılmış “Hyundai H 100-12” olacaq. 4-cü dəfə, 25% endirimlə hərraca çıxarılan maşının star qiyməti 1464 manat müəyyən edilib.
Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə oktyabrın 17-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın