Ana səhifə / Kriminal / Azərbaycanda 30 mindən çox işsiz var – RƏSMİ

Azərbaycanda 30 mindən çox işsiz var – RƏSMİ

Bu il martın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 921 min nəfər olub, onlardan 4 milyon 676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Moderator.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bu il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 454 min nəfər çalışıb.
Bu ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,5 saat təşkil edib.
Mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,6 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib.
İşsizliyə görə müavinətin orta məbləği 263,1 manat olub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın