Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Azərbaycanda 3 uşaq anası 10 aylıq körpəsini götürərək evdən qaçdı

Azərbaycanda 3 uşaq anası 10 aylıq körpəsini götürərək evdən qaçdı

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

Azinforum.az  ölkə.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.

Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.

Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …