Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Azərbaycanda 21 yaşlı qız polis rəisini qayçı ilə yaraladı

Azərbaycanda 21 yaşlı qız polis rəisini qayçı ilə yaraladı

Gənc qız polis əməkdaşının qanını axıdıb.

Azinforum.az  Criminal.az-a istinadən  xəbər verir ki, hadisə bir neçə gün əvvəl Salyan rayonunda baş verib.

Rayon sakini 21 yaşlı Aytən Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovu qayçı ilə yaralayıb. İddialara görə, onlar arasında gizli münasibət olub. Lakin H.Əzizov qızla evlənməyib və ailəsi onu öz qohuna ərə verib.
Bir müddət sonra Aytən ailəsindən ayrılıb və H.Əzizova zəng edərək ona sahib çıxmasını tələb edib. Rədd cavabı aldıqda isə ona xəsarət yetirib. 

H.Əzizov Aytən tərəfindən ona xəsarət yetirilməsini təsdiqlədi. Bildirdi ki, həmin qızın bir neçə dəfə itkin düşməsi ilə bağlı ailəsi tərəfindən Salyan Polis Şöbəsinə müraciətlər olunub: “Hadisədən əvvəl qızın yerini müəyyən edərək qardaşına xəbər verdim. Qızı aparmağa gedəndə ailəsinə onun yerini mən dediyimi bilib qayçı ilə arxadan məni vurdu. Xəsarətim ağır olmadı”.

Məlumat üçün bildirək ki, qızın atası mülki mühafizə xidmətinin əməkdaşıdır. Tarix- Diyarşünaslıq Müzeyində mühafizəçi işləyir. 

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …