Ana səhifə / Kriminal / Azərbaycanda 20 bank bağlana bilər – Proqnoz

Azərbaycanda 20 bank bağlana bilər – Proqnoz

Azərbaycanda banklarla bağlı yaranan ajiotaj insanlar arasında çaşqınlığa səbəb olub. Kredit götürmək, əmanətlərini bankalara yatırmaq istəyənlər çıxılmaz vəziyyətdə qalıb. Bir çoxları bankların çoxunun bağlanacağını, onların sayının ən azı ona qədər azalacağını iddia edir. İqtisadçı Natiq Cəfərli isə bunu real hesab etmir.

Qafqazinfo” xəbər verir ki, o, Modern.az saytına açıqlamasında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əksəriyyətinin bağlanacağını istisna etməyib: “Bunu vəziyyət diktə edir. Bütün bankların həm geri dönüşlü, həm də xaricdən cəlb etdikləri valyutanın geri qaytarılması ilə bağlı problemləri var.

Görünən odur ki, risk menecmenti çox aşağı səviyyədə olub. Ona görə də geri dönüşü problemli olan kreditlərin həcmi getdikcə artmaqdadır.

Hazırda Azərbaycanda 42 bank bu və ya digər şəkildə fəaliyyətini davam etdirir. Bu bankların sayının birdən-birə 6-7-yə enməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar törədə bilər. Ən azı, ilin sonuna qədər 15-20 bankın bağlanma, yaxud kiçik bankların böyük banklar tərəfindən “udulması” ehtimalı yüksəkdir. Buradan çıxış edərək ilin sonuna qədər 20-25 bankın qala biləcəyini demək olar.

Nəzərə alaq ki, proses gələn il də davam edəcək. Lakin bu ilin sonuna qədər fundamental dəyişikliyin ola biləcəyi ehtimalı aşağıdır. Ən azından, iqtisadiyyat bunu qaldıra bilməz”.

Ekspert “Azərbaycanda bank sektorunun normal fəaliyyəti üçün neçə bank kifayətdir” sualına cavab olaraq deyib ki, normal bazar iqtisadiyyatı işləyən ölkələrdə bankların sayını bazar özü tənzimləyir:

“Bankların az, yaxud çox olmasının ölkənin kiçikliyi, əhalinin sayı ilə birbaşa əlaqəsi yoxdur. Məsələn, Lüksemburq kimi kiçik ölkə dünyada bank ölkəsi kimi tanınır. Bu ölkədə onlarla bank fəaliyyət göstərir. Çünki ölkədə bank sektoru üçün çox aşağı vergilər müəyyənləşib. Bu isə dövlətin apardığı siyasətdən və rəqabətli mühitin formalaşmasından asılıdır. Beynəlxalq praktikanı götürsək, xarici banklar yerli banklarla rəqabətli mühit şəraitində fəaliyyətə başlayır. Beləcə, neçə bankın ayaqda qalmasını bazar özü müəyyən edir.

Təəssüf ki, Azərbaycanda xarici bankların çıxışına birbaşa icazə verilmir. Bu isə rəqabətsiz mühitə gətirib çıxarır. Ona görə də bank sektorunun normal fəaliyyəti üçün neçə bankın gərəkli olması barədə dəqiq say demək doğru deyil. Bunu bazar özü müəyyən etməlidir. O bazar isə bizdə yoxdur”.

Natiq Cəfərli öz əmanətlərini banklara yatırmaq istəyən vətəndaşları bir neçə məsələdə diqqətli olmağa çağırıb

“İstənilən məqamda əhali öz əmanətlərini bankalara yatırmazdan əvvəl bank seçiminə diqqət etməlidir. Müqavilə imzalamadan əvvəl şərtlər ciddi öyrənilməlidir. Sığorta haqqında ayrıca müqavilənin olmasına, depozitin sığorta haqqında qanunun şərtlərinə uyğun tərtib edilməsinə fikir verilməlidir. Vətəndaş depozitlərini mütləq sığortalamalıdır.

Ən əsası oynayan məzənnədə az zərərlə çıxmaq üçün öz depozitlərini xarici valyutada yerləşdirmələri məsləhət olunur. Düşünürəm ki, indiki şəraitdə ajiotaja ehtiyac yoxdur. Əhalinin öz depozitlərini geri çəkməsi üçün böyük hadisələr baş verməyib”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın