Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Kriminal / Azərbaycanda 16 yaşlı məktəblini öldürən görün kim imiş – VİDEO

Azərbaycanda 16 yaşlı məktəblini öldürən görün kim imiş – VİDEO

Mingəçevirdə qətl törədilib. 16 yaşlı yeniyetmə tanışı tərəfindən güllələnib. Ona ”Makarov” tipli tapançadan 5 dəfə atəş açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb. 

Mingəçevirdə yeniyetmə qətlə yetirilib.

Güllələnən Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  

Hadisə ilə bağlı Mingəçevir Şəhər prokurorluğunun yaydığı məlumatda qeyd edilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Ramiz Mehdiyev və Hacıbala Abutalıbov da dindirilsin – MƏHKƏMƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam …