Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda 1 milyon 527 min muzdla işləyən işçi var – RƏSMİ

Azərbaycanda 1 milyon 527 min muzdla işləyən işçi var – RƏSMİ

2017-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olub.

Bu açıqlamanı Dövlət Statistika Komitəsi yayıb. Açıqlamaya görə, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfər isə özəl sektorda fəaliyyət göstərib. Muzdla işləyənlərin 52%-i təhsil, ticarət, sənaye sahəsində çalışıblar, qalan 48% isə səhiyyə və sosial xidmət, tikinti, idarəetmə və müdafiə, sosial təminat, nəqliyyat və anbar təsərrüfatı, peşə, elmi və texniki fəaliyyət, kənd təsərrüfatı və balıqçılıq, iqtisadiyyatın digər sahələrində məşğul olanlardır.

2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. (Turan)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın