Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Kriminal / Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir.

Qoyun və quzu əti də 1 manat ucuzlaşıb. Bunun bir neçə səbəbi var. Əvvəla örüşlər cücərdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.

Ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir. Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlarda azalıb. Dollar ucuzlaşarsa ordan gətirilən heyvanlar da ətin daha da ucuzlaşmasına səbəb olar.

Həmçinin oxuyun

Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi

Abşeron rayonunda həbs olunan Novruz Orduxanlının barəsində bir neçə maddə ilə ittiham elan edilib. Demokrat.az-ın …

Bir cavab yazın