SOCAR Türkiyənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”ə dəyərinin iki mislindən artıq pul verib.
Türkiyə mətbuatı xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib:
V.Əliyev əlavə edib ki, “TANAP” fəaliyyətə başladıqdan sonra Türkiyədə qazın qiymətləri ucuzlaşacaq: “Azərbaycan qazı hər zaman ucuzdur”.
SOCAR rəsmisi, həmçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar “SOCAR” və “Petkim”də aparılan əməliyyatlardan söz açıb: “Bu araşdırmalar şirkətə deyil, insanlara qarşı aparılıb. Radikal qrupların dövlətə təsir etməsinin qarşısı alınacaq”. (AzVision.az)