Ana səhifə / Kriminal / Azərbaycana avtomobil idxalı 6 dəfəyə yaxın azalıb

Azərbaycana avtomobil idxalı 6 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 349 avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,67 dəfə azdır.
Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 3 775-ni və yaxud 86,8%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,7 dəfə azalıb.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,09 dəfə azalaraq 75, yük avtomobillərinin idxalı 4,18 dəfə azalaraq 419, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,69 dəfə azalaraq 80 ədəd olub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın