Ana səhifə / Kriminal / Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir

Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir

Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.

Görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılıb.

Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın