Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb

Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb

2016-cı ildə Azərbaycanda Türkiyədən uşaq geyimlərinin idxalı öncəki ilin göstəricisi ilə müqayisədə 55,35 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyədən hazır geyimlərin idxalı ittifaqının hesabatında qeyd olunub.

Ötən il Türkiyədən Azərbaycana ümumilikdə 1,716 milyon dollar dəyərində uşaq geyimi idxal edilib ki, bunula da Azərbaycan Türkiyədən uşaq geyimləri idxal edən ölkələr arasında 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, 2015-ci ildə bu rəqəm 31 min dollar olub.

Həmin siyahıda ilk yerdə İran, ikinci yerdə isə Yunanıstan qərarlaşıb.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …

Bir cavab yazın