Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycan turizmdə Gürcüstanı qabaqlayıb

Azərbaycan turizmdə Gürcüstanı qabaqlayıb

Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.

Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.

Turstat Agentliyi 2017-ci ilin 3 ayı ərzində Rusiyadan getmə turizminin statistikasını təhlil edib. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yerdədir və bu dəfə Gürcüstanı qabaqlaya bilib.

Turstat-ın məlumatına görə, ilin 3 ayı ərzində Rusiyadan turist səfərlərinin sayı 6,7 milyonadək artıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon olub.

Rusiyalı turistlərin getdikləri yerlərin arasında Azərbaycan (139 min səfər, 2016-cı ilin analoji dövrü ilə müqayisədə +31%) və Gürcüstan (135 min, +27%) ön yerlərdədirlər.

Türkiyə (138 min, +116%), Vyetnam (150 min, +65%), BƏƏ (210 min, +57%) və Tailand (381 min, +35%) rusiyalı turistlərin çimərlik turizmi üçün ən çox səfər etdikləri yerlərdir.

Ümumilikdə isə ilk üç yeri Finlandiya, Qazaxıstan və Çin tuturlar. (Sputnik)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın