Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycan sutkalıq neft hasilatını azaltmağa başlayır

Azərbaycan sutkalıq neft hasilatını azaltmağa başlayır

Azərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində bu gündən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayır.

APA-nın məlumatına görə, 10 dekabr 2016-cı ildə Vyanada keçirilən görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Ancaq bu o demək deyil ki, Azərbaycan yanvarın 1-də dərhal neft hasilatını 35 min barel azaldacaq. Yanvarın 1-dən OPEK-in qərarı qüvvəyə mini rvə Azərbaycan neft hasilatının azaldılması prosesinə başlayır. OPEK neft hasilatının 6 ay ərzində 35 min barel azaldılmasını gözləyir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın