Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Azərbaycan şirkəti ilə 5 milyon dollarlıq müqavilə bağlayan zavod direktoru həbs olundu

Azərbaycan şirkəti ilə 5 milyon dollarlıq müqavilə bağlayan zavod direktoru həbs olundu

Dağıstanın “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyətinin baş direktoru, cəmi bir neçə gün əvvəl Bakıda Azərbaycan şirkəti ilə şüşə təchizatına dair 5 milyon dollarlıq müqavilə imzalayan İqor Kremer və müavini xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, İqor Kremer və müavini Anvar Faxrutdinov dələduzluqda şübhəli bilinir.

İqor Kremer sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibində yer alırdı. Həmin forumda Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev də çıxış ediblər.

Forum çərçivəsində İqor Kremer Azərbaycanın “Glass House” şirkəti ilə 2019-cu ildə “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyəti arasında 5 milyon dollarlıq şüşə təchizatına dair müqaviləyə imza atıb. Müqaviləni Azərbaycan tərəfdən “Glass House” şirkətinin rəhbəri Bəxtiyar Bəşirov imzalayıb. Bu, Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində əldə olunan ən iri sövdələşmələrdən biri idi.

Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, İqor Kremerin və Anvar Faxrutdinovun evlərində artıq axtarışlar aparılır. Lakin bu barədə hələlik rəsmi məlumat yoxdur. Kremeri və müavinini FTX-nin yerli idarəsi saxlayıb. Son vaxtlar Dağıstanda yüksək vəzifəli məmurlar və oliqarxlar arasında korrupsiya əməllərinə görə həbslər aparılır.

“Xəzər vərəqə şüşə zavodu” 2013-cü ildən fəaliyyət göstərir. O, Rusiyanın cənubunda cilalanmış vərəqə şüşə istehsal edən ən iri müəssisədir. Zavodun istehsal etdiyi şüşənin 30 faizi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyəyə ixrac edilir.

Zavodun Azərbaycandakı tərəfdaşı “Glass House” şirkətidir. 5 milyon dollarlıq müqavilənin imzalanması mərasimində Bəxtiyar Bəşirov və İqor Kremer qeyd ediblər ki, müəssisələr arasında iki ildən artıqdır qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri hökm sürür.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …