Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Azərbaycan Rəşt-Astara layihəsinin tikintisinə dair sənədləri İrana təqdim edib

Azərbaycan Rəşt-Astara layihəsinin tikintisinə dair sənədləri İrana təqdim edib

Gələn ay Azərbaycanın İqtisadiyyat Nazirliyi və İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmiləri arasında görüş baş tutacaq. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyyə Kaşane deyib.

Nazir müavinin sözlərinə görə, görüşdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, layihənin maliyyələşdirilməsi məsələsi də müzakirə predmeti olacaq. “Görüşdə layihənin maliyyələşdirilməsinə dair müqavilənin imzalanması da nəzərdə tutulub. Rəşt-Astara dəmir yolu xəttinin tikintisini Azərbaycan təmin edəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu günlərdə bununla bağlı rəsmi sənədləri bizə təqdim edib. Hazırda bizim tərəfimizdən müvafiq dəyərləndirmə işləri aparılır”, – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, hər iki ölkənin mərkəzi bankları müqaviləyə dair öz rəylərini bildirəcəklər.

“Layihə ilə bağlı çərçivə sazişi İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Sənədə əsasən, Azərbaycan Beynəlxalq Bankı layihənin reallaşdırılması üçün 500 milyon dollar məbləğində kredit ayıracaq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …

Bir cavab yazın