Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycan qızıl ehtiyatını satmayıb – RƏSMİ

Azərbaycan qızıl ehtiyatını satmayıb – RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib.

ARDNF-dan verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın