Ana səhifə / Kriminal / Azərbaycan Qazaxıstana Naftalan məlhəmi ixrac edə bilər

Azərbaycan Qazaxıstana Naftalan məlhəmi ixrac edə bilər

Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ixrac missiyaysına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.

Səfərin ilk günü AZPROMO-nun təşkilatçılığıyla Azərbaycan şirkətləri ilə Qazaxıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 30-a yaxın Qazaxıstan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Qazaxıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verilib.

Tədbir çərçivəsində “Ayan” MMC şirkətinin istehsal etdiyi limonad və mineral suların və “Ağ Naftalan” MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.

İxrac missiyası sabah Qazaxıstanın Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın