Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycan prezidenti İranla imzalanmış iki sazişi təsdiqləyib

Azərbaycan prezidenti İranla imzalanmış iki sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişini təsdiqləyib.

“APA-Economics”in məlumatına görə, dövlət başçısı 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış sənədin təsdiq olunması ilə bağlı bu gün sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edilib. Həmin sənəd də bu il fevralın 23-də Tehranda imzalanıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın