Cümə , Sentyabr 18 2020
Ana səhifə / Kriminal / Azərbaycan polisi yanan “Sədərək”də insanları necə qəhrəmancasına xilas etdi

Azərbaycan polisi yanan “Sədərək”də insanları necə qəhrəmancasına xilas etdi

Xəbər verdiyimiz kimi, avqustun 4-də Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, yanğının qarşısı alınan zaman və sahibkarlara məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından bir neçəsi tüstüdən zəhərlənib.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmçinin oxuyun

Liftdə ölüm hadisəsi – İş məhkəməyə göndərildi

Mayın 19-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ŞA İnşaatçı” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış …