Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / “Azərbaycan MDB-nin enerji istehsal edən dövlətləri arasında ən yüksək qiymətə benzin təklif edən ölkədir” – EKSPERT

“Azərbaycan MDB-nin enerji istehsal edən dövlətləri arasında ən yüksək qiymətə benzin təklif edən ölkədir” – EKSPERT

Azinforum.az-ın məlumatına görə, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov növbəti dəfə yanacağın qiymətinin aşağı salınması məsələsinə toxunub. Onun sözlərinə görə, hətta devalvasiyadan sonra Azərbaycanda benzinin qiyməti bir sıra ölkələrlə müqayisədə bahadır:  “Dünən iqtisadiyyat ilə bağlı mühazirə oxuduğum qurum əməkdaşlarından biri son zamanlar mənə ən çox verilən sualı, “neftin dünya bazar qiymətinin kəskin azalmasına baxmayaraq niyə ölkəmizdə benzinin qiymətinin aşağı salınmadığını” soruşdu. Əvvəlki açıqlamalarımda benizinin qiymətinin aşağı salınmasının iqtisadi vacibliyini izah etmişdim. Eknometrik modellər də təsdiq edir ki, ölkəmizdə benizinin 30 faiz ucuzlaşması orta və uzun müddətli dövrdə büdcə gəlirlərinin azalmasına səbəb olmayacaq və real sektoru canlandıracaq. Digər tərəfdən, hətta devalvasiyadan sonra da Azərbaycan MDB-nin enerji istehsal edən dövlətləri arasında ən yüksək qiymətə benzin təklif edən ölkədir. Belə ki, əgər bizdə daxili istehsal olunan benzinin qiyməti 46 ABŞ sentidirsə bu Türkmənistanda 28, Qazaxıstanda 38, Rusiyada 42 sentdir. Orta aylıq əmək haqqının dollar ifadəsində bizə nisbətən Rusiyada 30, Qazaxıstanda 26 faiz çox olmasına baxmayaraq həmin ölkələrdə benzinin qiyməti daha ucuzdur. Halbuki, bizim qiymətləndirmələr göstərir ki, hər litrinin cəmi 20 qəpik azaldılması həm iqtisadiyyata xüsusən də aqrar sektora, həm də vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Maraqlıdır, bəyəm Tarif Şurasi və SOCAR üçün bu 20 qəpik çoxmu prinsipial əhəmiyyət daşıyır?”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın