Ana səhifə / Kriminal / Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 228,0 mln. manat həcmində vəsait yönəldilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunda illik müqayisədə 41,53% artım müşahidə olunub.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 5 524,2 mln. manatı (88,7%-i) Birləşmiş Krallıq, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Malayziya və Yaponiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,2%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,5%-i əsaslı təmir, 7%-i cari təmir, 17,3%-i isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlərin, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın