Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycan iqtisadiyyatı 1% azalıb

Azərbaycan iqtisadiyyatı 1% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda rezidentlər tərəfindən 37 645,4 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0% az ümumi daxili məhsul istehsal olunub.

Musavat.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə düşən ÜDM 3 875,6 manata bərabər olub. Bu da illik müqayisədə 2% azalma deməkdir.

İstehsal olunmuş ÜDM-in 61,8%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 38,2%-i neft-qaz sektorunda istehsal olunub. Qeyri-neft ÜDM-nin istehsalı 2,2% artıb.

ÜDM-in 41,1%-i sənayedə, 10,6%-i ticarət, nəqliyyat vasitələrini təmiri sahələrində, 8,9%-i tikintidə, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 15,6%-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1%-ni təşkil edib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın