Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycan içki idxalını 45 faiz azaldıb

Azərbaycan içki idxalını 45 faiz azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən xəbərə görə, 2016-cı ilin ilk 5 ayında 8 456,55 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 728,09 min dollar yaxud 7,92% azdır.Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,28%-ni təşkil edib.Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 15 007,32 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 12 230,62 min dollar və ya 44,9% (1,8 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,45% təşkil edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın