Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycan Gürcüstan iqtisadiyyatına xarici investisiyaların həcminə görəliderlik edir

Azərbaycan Gürcüstan iqtisadiyyatına xarici investisiyaların həcminə görəliderlik edir

2017-ci ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 224,2 milyon dollar investisiya qoyub. Bu, 2016-cı yanvar-iyun aylarında qeydə alınan göstəricidən 20,36 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatında deyilir.

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 97,3 milyon dollar, ikinci rübündə 126,9 milyon dollar investisiya yerləşdirib.

Hesabata əsasən, Azərbaycan bu ölkənin iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə liderlik edir. Gürcüstana qoyulan bütün investisiyaların üçdə bir hissəsi Azərbaycanın payına düşür.

Bu sahədə xarici ölkələr arasında ikinci yerdə Türkiyə (120,8 milyon dollar), üçüncü yerdə Böyük Britaniya (111,6 milyon dollar) qərarlaşıb.

Ümumilikdə, bu ilin ilk yarısında xarici ölkələr Gürcüstan iqtisadiyyatına 751 milyon dollar investisiya yerləşdirib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın