Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycan Eurovisiona nə qədər xərcləyib?

Azərbaycan Eurovisiona nə qədər xərcləyib?

Eurovision Mahnı Müsabiqəsindən tutmuş Formula 1 və İslam Həmrəyliyi Oyunlarına qədər, Azərbaycan son illər ərzində bir neçə beynəlxalq tədbirlərə eb sahibliyi edib.
Lakin bu səviyyədə tədbirlər ucuz başa gəlmir. Son 2 il ərzində neft qiymətinin azalması və nəticədə büdcə kəsirlərinə baxmayaraq, Azərbaycan tədbirlərə yüzlərlə milyon dollar xərcləməyə davam edir.
Dövlət qurumlarından hər tədbir üçün açıq büdcə olmasa da, Azərbaycanda mayın 12-də start götürəcək İslam Həmrəyliyi Oyunları öncəsi biz beynəlxalq tədbirlərə xərclənən pulları hesablamağa cəhd etmişik.
Manatın kəskin devalvasiyası səbəbindən xərclərin müqayisəsi çətindir. Dolların nisbəti sabitliyi səbəbindən hesablamamızda ayırılan məbləğin xərcləndiyi ildə manatla ABŞ dollarının məzənnəsinə uyğun olaraq xərcləri dollarla təqdim edirik.
Bəzi tədbir xərclərinə, tədbirə mühüm obyektlərin tikinti məbləğidə daxildir.
Eurovision xərclərində hesabladığımız məbləğə tədbir üçün ayırılmış 63,5 milyon dollar və Kristal Zalın tikilməsinə ayırılan 134 milyon dollar da daxildir.
Gənclər və idman naziri Azad Rəhimov Formula 1 yarışının büdcəsinin açıqlanacağını desə də, hələ ki, rəsmi büdcə təqdim edilməyib.
Formula 1 yarışına ödənən xərclərin hesablanmasında rəsmən açıqlanan 47 milyon dollardan başqa, yarışı keçirmək üçün xərclənən ödənişin ehtimalı da daxildir (34 milyon dollar, hər il 10 faiz artım ilə). Bu ehtimalı F1 üzrə eskpert Christian Sylt irəli sürüb.
Formula 1 hesablamamız 2016-ci il üçündür.
Avropa Oyunlarının xərclərinə bir çox yeni tikilmiş obyektlərə verilən məbləğ də əlavə edilib və bu təxmini rəgəmdir.
İslam Həmrəyliyi Oyunlarının göstərdiyimiz xərci Azad Rəhimov qeyd etdiyi rəqəmdir.
Lakin qeyd etmək lazımdır ki, 2017-ci ilin büdcəsində beynəlxaq səviyyəli tədbirlərin keçirilməsinə ayırılan 19 milyon dollar, nazirin dediyi 40 milyon dollarlıq xərclə üst-üstə düşmür.
Hətta bu il Gənclər və İdman Nazirliyinə büdcədə verilən təxminən əlavə 7 milyon dollarla da bu rəqəmə çatmaq olmur.
Araşdırmanı BBC Azərbaycanca müxbiri Tural Əhmədzadə aparıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın