Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Azərbaycan diaspor təşkilatının ofisinə basqın – Video

Azərbaycan diaspor təşkilatının ofisinə basqın – Video

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

“ Azinforum.az ” ın məlumatına görə, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …