Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Azərbaycan Dəmir Yolları” biletlərin qiymətini qaldırdı

“Azərbaycan Dəmir Yolları” biletlərin qiymətini qaldırdı

“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib.

N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır: “İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir”.

Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın