Ana səhifə / Kriminal / Azərbaycan BVF-yə olan borcunu tam ödəyib – HESABAT

Azərbaycan BVF-yə olan borcunu tam ödəyib – HESABAT

Azərbaycanla Dünya Bankı arasında 2016-cı il 1 yanvar tarixinə kimi ümumi məbləği 3 mlrd. 739,02 mln. dollar təşkil edən 50 layihə üzrə rəsmi danışıqlar aparılıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında deyilir.

Ümumi məbləği 1 mlrd. 752,26 mln. dollar təşkil edən kredit hesabına 38 layihənin həyata keçirilməsi başa çatdırılıb, 1 mlrd. 986,76 mln. dollar məbləğində kredit hesabına 12 layihənin icrası isə hazırda davam etdirilir.

2016-cı il 1 yanvar tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən 2 mlrd. 581,9 mln. dollar məbləğində kredit istifadə olunub ki, bu da imzalanan kredit sazişlərinə əsasən cəlb edilməsi nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 69,1%-i təşkil edir. 2015-ci ildə istifadə olunan kreditin məbləği 284,1 mln. dollara bərabərdir.

İstifadə edilmiş ümumi kreditlər üzrə 2016-cı il 1 yanvar tarixinədək banka qaytarılan əsas borcun ümumi məbləği 567,8 mln. dollar təşkil edir.

Dünya Bankı tərəfindən Azərbaycana 1995-2015-ci illər ərzində ümumi məbləği 41,586 mln. dollar təşkil edən 45 qrant yardımı ayrılıb.

2016-cı il 1 yanvar tarixinə Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu isə tam olaraq ödənilib.

Bildirilir ki, Azərbaycan BVF-yə 1992-ci ildə qəbul edilib, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımlarından bəhrələnib. 1995-2005-ci illərdə Azərbaycan iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədi ilə Fonddan 577,3 mln. dollar məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın