Ana səhifə / Kriminal / Azərbaycan banklarına qoyulan əmanətlər 3 il müddətinə vergidən azad edilir

Azərbaycan banklarına qoyulan əmanətlər 3 il müddətinə vergidən azad edilir

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin 3 il müddətində vergidən azad edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar iclasına çıxarılacaq “Vergilər Məcəlləsi”nə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, “Vergilər Məcəlləsinin” 102.1.22. maddəsi fevralın 1-dən etibarən aşağıdakı kimi təsdiq edilsin.
“2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.”.
Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə görə, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə dənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın