Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycan bankları müştəri bazasının 6%-ni itirib

Azərbaycan bankları müştəri bazasının 6%-ni itirib

2016-cı ildə Azərbaycanın bank sektorunun müştəri bazası 6,4% və yaxud 363 929 nəfər azalaraq bu il yanvarın 1-nə 5 352 456 nəfər olub. 

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat ilində bank müştərisi olan fiziki şəxslərin sayı 324 565 nəfər və yaxud 5,8% azalaraq 5 282 463 nəfər, hüquqi şəxslərin sayı 39 364 nəfər və yaxud 36% azalaraq 69 993 nəfər təşkil edib.

Ötən il sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da azalma qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 8 538 nəfər və yaxud 4,7% azalaraq 172 664 nəfərə düşüb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın