Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycan bankının baş ofisində lisenziyasız sığorta şirkəti fəaliyyət göstərir

Azərbaycan bankının baş ofisində lisenziyasız sığorta şirkəti fəaliyyət göstərir

Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin baş ofisində lisenziyasız sığorta şirkəti fəaliyyət göstərir. Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.
Söhbət “Naxçıvansığorta” ASC-dən gedir.
Vergilər Nazirliyinin məlumatına görə, bu şirkət 2014-cü ildə təsis edilib. “Naxçıvansığorta”nın nizamnamə kapitalı 5,5 mln. manat, hüquqi ünvanı isə Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 7-dir. Bu ünvanda həm də “Naxçıvanbank” dövlət qeydiyyatından keçib. Amma iki maliyyə qurumunu birləşdirən amil təkcə bu deyil. Məsələ ondadır ki, sığorta şirkətinin İdarə Heyətinə (İH) rəhbərlik edən İsa İsayev həm də Bankın İH-nin sədr müavinidir.
“Naxçıvanbank”ın filiallarında bildirirlər ki, onlara bağlanılan kredit müqavilələri üzrə sığorta xidmətini “Naxçıvansığorta” göstərir. Yəni, məsələn, daşınmaz əmlakın girovluğu ilə kiməsə kredit verilirsə, həmin əmlak “Naxçıvansığorta” vasitəsilə sığortalanır və baş verən sığorta hadisəsi zamanı da ödənişi məhz həmin şirkət həyata keçirir. Maraqlıdır ki, “Naxçıvansığorta”nın adı lisenziya ilə fəaliyyət göstərən sığorta şirkətlərinin siyahısında yoxdur. Nə vaxtilə mövcud olmuş Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti, nə də onun hüquqi varisi sayılan, səlahiyyətlərinin ötürüldüyü Maliyyə Bazarına Nəzarət Palatası adı çəkilən sığorta şirkətinə lisenziya verməyib.
Məsələyə münasibət bildirən Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov bildirib ki, təmsil etdiyi qurum hazırda bununla bağlı araşdırma aparır və nəticəsi tezliklə açıqlanacaq.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın