Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycan bəzi vergi güzəştlərini ləğv edəcək

Azərbaycan bəzi vergi güzəştlərini ləğv edəcək

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində tətbiq edilən vergi və gömrük ödənişləri güzəştlərinə 2016-cı ildə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud bəzilərinin ləğv edilməsi gözlənilir.

“Report”un verdiyi xəbərə görə, bu barədə 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrində bildirilir.

Gələn il büdcə-vergi siyasətinin gəlirlər üzrə əsas istiqamətlərindən biri də mövcud qanunvericiliyə dəyişiklik edilməklə sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatın bəzi sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödənilməsi qaydaları üzrə seçim hüququnun verilməsidir.

Bundan başqa, nizamnamə fondunda və yaxud da səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması proqnozlaşdırılır.

Bununla yanaşı, gələn il gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaların arıtırlması istiqamətində təsirli tədbirlər görmək planlaşdırılır.

Həmçinin, dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda fiskal yığcamlaşdırma siyasəti davam etdiriləcək, cari və əsaslı xərclərin idarə olunması təkmilləşdiriləcək. Ölkə iqtisadiyyatının bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələlərlə məhdudlaşdıraraq, özəl investisiyların cəlb edilməsinin daha da fəallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın