Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Azərbaycan əhalisi nağd avro alışını 11% artırıb

Azərbaycan əhalisi nağd avro alışını 11% artırıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində oktyabr ayında kommersiya banklarından xalis avro alışı sentyabr ayı ilə müqayisədə 11,3% artaraq 39 254,4 min təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin ilk 10 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 232 396,2 min avro olub. Sentyabr ayında isə əhalinin kommersiya banklarından xalis avro alışı 35 265,1 min təşkil edib.
Keçən ilin oktyabrında isə bankların əhaliyə xalis avro satışının həcmi 66 017,5 min təşkil edib.

“Report”un analitik qrupu qeyd edir ki, əhalinin avroya tələbatının artması ümumiyyətlə xarici valyutaya tələblə bağlı olub.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın