Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Kriminal / Aytac Əliyevanın məhkəməsində DAVA DÜŞDÜ

Aytac Əliyevanın məhkəməsində DAVA DÜŞDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə zalına buraxmayıb.

Əldə etdiyimiz məlumata görə, iclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.

İttiham olunan bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər ediblər.

Aytac Əliyeva və Turkut İlknur ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Bu zaman prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər arasında dava olub, hakim zərərçəkmişi zaldan çıxarıb.

Proses iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. APA

Həmçinin oxuyun

Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” – FOTO

Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. O, vəkili vasitəsilə “Qafqazinfo”ya …