Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim…”

Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim…”

Türkiyənin Konya şəhərinin Selcuklu rayonunda 21 yaşlı azərbaycanlı qız Aysun Y. özünü biznes mərkəzinin 42-ci mərtəbəsindən atıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o təxminən 100 metr hündürlükdən beton səthə düşərək yerindəcə keçinib.

Hadisə ötən gün saat 12.00-da, plazanın sonuncu mərtəbəsindəki restoranda baş verib. Biznes mərkəzinin restoranına müştəri kimi gələn Aysun Y. bir müddət sonra restoranın terrasına keçərək özünü atmaq istəyib. Bu zaman restoran işçiləri ona mane olmağa çalışıblar, lakin qız üstündə gəzdirdiyi bıçağı çıxararaq onları hədələyib. Bıçaqla özünə xəsarətlər yetirən Aysun daha sonra özünü 42-ci mərtəbədən atıb. Beton üzərinə düşən qızı görən işçilər polis və təcili yardım çağırıblar. Lakin təcili yardım əməkdaşları gələnə qədər qız hadisə yerində keçinib.

Hadisə baş verən ərazidə işləyən polis əməkdaşları mərhumun çantasından ailəsinə yazdığı məktub tapıblar. Əl yazısı ilə yazılan məktubda “Sizə layiq bir övlad olmadım. Məni bağışlayın. Mən sənə də layiq olmadım. Səni çox sevdim. Məni boyunbağımla birlikdə dəfn edin” sözləri yazılıb.

Gənc qızın cənazəsi Konya Nümunə Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu son bir neçə eyni binanın 42-ci mərtəbəsindən ataraq intihar edən ikinci azərbaycanlıdır. Ötən ilin oktyabr ayında  23 yaşlı Tehran Alimov da intihar etmişdi. Bir müddət reanimasiyada qalsa da, 37 gün sonra vəfat etmişdi. Artıq intiharların tez-tez baş verdiyinə görə yaxınlıqda yaşayanlar  biznes mərkəzində  tədbir görülməsini istəyiblər.

Özünü atıb öldürən gənc azərbaycanlı qızın Türkiyədə nə işlə məşğul olduğu haqda əlavə məlumat yoxdur.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …