Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Aynur Qurbanqızı: “Dolların bahalaşması 2 günə mənə 10 min manat qazandırdı”

Aynur Qurbanqızı: “Dolların bahalaşması 2 günə mənə 10 min manat qazandırdı”

Devilyasiya ilə bağlı ölkədəki vəziyyət məni çox üzsə də, sizə bir sirr açım. Dolların bahalaşmasından 10 000 AZN qazanmışam. Məni tanıyanlar bilir ki, bu həyatda hər şeyimi əziyyətlə, öz zəhmətimlə qazanmışam. Və təbii ki, daha çox qazanmaq üçün yalnız bütün günü çalışmaq yetmir. Əsas pulu idarə etmeyin sirrlərini bilmək, israfçılıqdan qaçmaq, bir az da cəsarətli olmaq, risk etməyi bacarmaq lazımdır. Devilyasiyadan karlı çıxmağıma səbəb uzağı hesablama və risk etməyim səbəb oldu. İqtisadiyyat xəbərlərini və ekspertlərin şərhlərini izləyərək, dekabrda dolların kəskin qalxacağını əvvəlcədən hesablamışdım. Demək, devalyasidan 2 gün əvvəl evimi girov qoyaraq bankdan 21 min AZN pul kredit götürdüm. Düzü, indiki halda təəssüflənirəm ki, kaş 50 min manat götürərdim, amma, böyük riskə gedə bilmədiyimdən 21 min manat kreditlə kifayətləndim. Çünki, onun komisyon haqqı, o cümlədən dollar qalxana qədər üzərinə gələn faiz məbləğdən asılı olaraq təhlükəli riski artırdı.

Pulu dollara çevirib depozit olaraq banka qoydum. Çünki, yüksək məbləğdə pulu heç vaxt nə evdə, nə üzərimdə saxlamıram. Qısacası, bu risk mənə İki gün sonra əlavə 11 min manat qazandırdı. 20 min dolları təkrar manata çevirdim və 31 min AZN etdi… Bu pul kredit olduğundan üzərindən 21 min AZN götürüb, kredit borcumu ödədim.

Və həyatımda ilk dəfə olaraq 2 günə 10 min manat qazanmışdım. Bunu indiyə kimi xəyal belə etməmişdim. Amma, təəssüf ki, buna ürəkdən sevinə bilmədim. İki gün keçib. Hələ də dollar bahalaşması gərginliyindən çıxmamışam, üzgünəm. Ölkənin gələcəyi, bu devilyasiyanın insanlara vurduğu zərbə, dollar kredit ödəyicilərinin düşdüyü ağır vəziyyət məni çox üzür. Əslində, 10 min manat qazanmaq maddi rifahımın yüksəlməsi demək deyil. Mən də yüksək gəliri olmayan sıravi vətəndaşlardan biri olaraq qiymətlərin bahalaşmasından çətinlik çəkəcəm. Bu pulu isə, 3 ay əvvəl kreditlə aldığım maşın üçün ödədim və 3 illik kreditimi 1 ilə endirmiş oldum. Qeyd edim ki, maşın kreditim manatladır. Dollar krediti olanlara isə, “Allah köməyiniz olsun” deyirəm.

Aynur Qurbanqızı

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın