Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Aylıq telefon haqları 40-50 % enəcək – İyul ayından…

Aylıq telefon haqları 40-50 % enəcək – İyul ayından…

Ölkədə telefon rabitəsi qiymətləri 50 faizədək enməlidir.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, İsraildə müxtəlif rabitə şirkətləri arasındakı sağlam rəqabət sayəsində qiymətlərin xeyli enəcəyi gözlənilir. Ölkənin rabitə bazarındakı islahatlar yeni mərhələyə qədəm qoyur. Razılaşmaya uyğun olaraq rabitə sahəsinin əsas inhisarçısı olan “Bezek” kompaniyası  iyulun 17-dən öz konkurentlərinin telefon xətlərinə girişinə imkan verməlidir.
Bunun nəticəsində isə simli telefon rabitəsi üçün aylıq haqq 40-50 faiz ucuzlaşmalıdır. Ölkənin Rabitə Nazirliyindən bildirilib ki, “Bezek” öz rəqiblərinə  telefon xətlərinə girişi ayda 16 şekel(təxm. 7,60 AZN) və  telefondan bir dəqiqəlik zəngə görə 0,16(təxm. 76 qəpik) şekel qiymətinə verməyə borcludur.  Hazırda “Bezek” şirkəti ayda vətəndaşdan 67 şekel (təxm. 32 AZN) telefon haqqı alır. İslahatlardan sonra isə bu qiymət cəmi 35-40 şekel(təxm.17-19 AZN) olmalıdır. “Bezek” şirkətinin əsas rəqibi  “HOT” şirkətidir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın