Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Aygün Bəylərin qardaşına sonuncu xəbərdarlıq

Aygün Bəylərin qardaşına sonuncu xəbərdarlıq

Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadədən başqa digər təqsirləndirilənlər son söz üçün məhkəmədən yenidən vaxt istəyiblər.

Prokuror buna etiraz edib. O bildirib ki, təqsirləndirilənlər məhkəmənin uzadırlar.

Hakim Cavid Hüseynov təqsirləndirilənlərə sonuncu dəfə vaxt verib.

Məhkəmə prosesi martın 9-da davam edəcək.

Dövlət dövlət ittihamçısı Aygün Bəylərin qardaşı, A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxasovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.

Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.

Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.

Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …