Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Aygün Bəylərin qardaşı Ali Məhkəməyə müraciət etdi

Aygün Bəylərin qardaşı Ali Məhkəməyə müraciət etdi

İstintaq zamanı birgə marixuana əkdikləri dostlarını öldürməkdə və narkotik dövriyyəsində təqsirləndirilənlər – Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovla bağlı Ali Məhkəməyə müraciət edilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu işlə bağlı Baş Prokurorluq kassasiya şikayəti verib və cəzaların ağırlaşdırılmasını tələb edib.

Həbsdə olan şəxslər isə cəzalarının yüngülləşdirilməsini istəyiblər. A.Hümmətov ona bəraət verilməsini tələb edib.
Hər iki şikayətə hakim Əli Seyfəliyevin icraatında baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A. Hümmətov və C. Alxasov həm də qətl üzrə bəraət alıblar.

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …