Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Kriminal / Aydın Əliyev: “Pulların “qara bazar”da gəzməməsi üçün qiymətləndirmə aparılacaq”

Aydın Əliyev: “Pulların “qara bazar”da gəzməməsi üçün qiymətləndirmə aparılacaq”

“Çox təəssüf ki, bəzi iş adamları idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışır”.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
“Əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik. Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb. İşçi qrup internet və birja məlumatları əsasında bu qiymətləri müqayisə edəcəyik. Qiymətləndirmə aparılmalıdır ki, pulların “qara bazar”da gəzməsinə ehtiyac olmasın. Üç nazirlik tərəfindən hökumət qarşısında məsələ qaldırılıb. Azərbaycanda yerli istehsal artırmaq və daxili bazarı qorumaq üçün bir sıra məhsullara vergi tətbiq etdik”.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın