Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Kriminal / Axtarışda olan 59 nəfər saxlanıldı

Axtarışda olan 59 nəfər saxlanıldı

Ötən gün törədilən 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Həmçinin oxuyun

10 yaşlı Nərminin qətli işində növbəti sensasiya: boy ölçüsü… – Açıqlama

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın işi üzrə sensasion nüanslar üzə çıxmaqdadır. Qətli törətməkdə …