Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / AXCP funksionerləri ev dustaqlığına buraxıldı

AXCP funksionerləri ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən bir neçəsi ev dustaqlığına buraxılıb.

Onların sırasında Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …