Şənbə , Dekabr 4 2021
Ana səhifə / Kriminal / Avtovağzaldakı ticarət mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

Avtovağzaldakı ticarət mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

“Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü “Avtovağzal” ticarət mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız ticarət mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanıldı – VİDEO

Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edən şəxslər saxlanılıblar.