Ana səhifə / Kriminal / Avtomobil ehtiyat hissələrinə niyə zəmanət verilmir? – VİDEO

Avtomobil ehtiyat hissələrinə niyə zəmanət verilmir? – VİDEO

Sürücülər avtomobildəki problemi həll etmək üçün bir neçə dəfə pul xərcləməli olur
Avtomobil ehtiyat hissələrinə zəmanət verilmədiyindən əksər sürücülər avtomobildəki problemi həll etmək üçün bir neçə dəfə pul xərcləməli olur. Ehtiyat hissələri satışı ilə məşğul olan mağazalardan isə bildirilir ki, çox nadir hallarda satılan mala zəmanət verilir.

Ehtiyat hissələri müxtəlif firmalar tərəfindən istehsal edilir və qiymətləri fərqli olur. Mağazalarda isə yalnız avtomobil istehsalçısının tövsiyə etdiyi firmaların məhsullarına şifahi zəmanət verilir ki, bu məshullar da çox az mağazada və baha qiymətə olur.

Ustalar isə bildirirlər ki, yalnız onların dedikləri ehtiyat hissələrini alanlara zəmanət verilir. Digər hallarda isə məsuliyyət sürücünün üstündə qalır.

Ekspertlər isə bildirirlər ki, həm mülki məcəlləyə, həm də avtomobil nəqliyyatı haqqında qanuna əsasən, avtomobil ehtiyat hissələrinə zəmanəti mağazalar verməlidir, onu dəyişdirən ustalar isə gördüyü işə zəmanət verməlidir. Bu mövzuda yaranan mübahisələrin həll edilməsi üçün isə məhkəmələrə müraciət etmək olar.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın