Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Avtomobil bazarı çökür – EKSPERT

Avtomobil bazarı çökür – EKSPERT

Bu ilin ilk 2 ayında ölkəyə cəmi 737 minik avtomobili və 9 avtobus idxal olunub. Ölkəyə orta hesabla hər ay 369 minik avtomobili gətirilib ki, bu da ötən ilin orta aylıq göstəricisindən 5, 2014-cü ilin uyğun göstəricisindən isə 13 dəfəyə qədər azalmanı ifadə edir. Bunun başlıca səbəbi ilin sonunda məşhurlaşan NAZ- Lifan olsa idi, belə nəticəni yalnız alqışlamaq olardı. Belə ki, İllik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodunda ötən il 2000-dək avtomobil yığılması nəzərdə tutulurdu. 
Təhlillər göstərir ki, avtomobil bazarında yaranmış acınacalı vəziyyətin başlıca səbəb iqtisadiyyatda durğunluqdur. Bu səbəbdən də avtomobil dilerləri və bu bizneslə fərdi məşğul olan sahibkarlar hazırkı böhrandan ən çox ziyan çəkənlər sırasındadır. Demək olar ki, ölkədə bu sahədə idxal biznesi ilə məşğul olanların hamısı zərərlə fəaliyyət göstərirlər. Ölkənin Formula -1 Qran Pri yarışlarına qonaq sahibliyi etdiyi zamanda avtomobil bazarında müşahidə olunan satış problemnin yaxın gələcəkdə həlli üçün əsaslar “üfüqdə belə görsənmir”. Hazırkı sosial-iqtisadi durumun təhlili göstərir ki, avtomobil biznesi sahəsində yaranmış problem yaxın zamanlarda həll etmək mümkün olmayacaq. Bunun başlıca səbəblərindən biri də yeni avtomobillərin qiymətlərinin manatla kəskin bahalaşması və eyni zamanda onların manatla kreditə satış şərtlərinin ağırlaşdırılmasıdır. Belə ki, banklar kreditləşdirmə şərtlərini sərtləşdirilməklə yeni, əhali iri alışlarını təxirə salmaqla isə istifadə olunmuş avtomobillərə tələbatı məhdudlaşdırıb. Bu isə bir tərəfdən istifadə olunmuş avtomobillərin qiymətlərinin enişini şərtləndirməklə, digər tərəfdən isə satışın miqdarını aşağı salmaqla avtomobil bazarını iflic vəziyyətinə salıb. Yeganə çıxış yolu alıcılıq qabliyyətinin bərpa olunması üçün yeni və istifadə olunmuş avtomobilləri münasib qiymətlərlə və uzunmüddətli aşağı faizli kreditləşmə yolu ilə satışınını təşkil etmək, avtomobil ixdalı üçün hazırda tətbiq yüksək rüsum və aksiz dərəcələrini aşağı salmaqdadır. Əks təqdirdə əvvəl aylar, sonra illər dəyişərək, yalnız fiziki deyil, həm də mənəvi köhnəlməyə məruz qalan avtomobillərin dəyərlərini itirəcək və ölkənin avtomobil parkının yenilənmə sürəti aşağı düşəcək ki, bunun da nəticəsindən ən çox insanlar və təbiət ziyan çəkəcək. Ölkədə, xüsusilə də Bakı şəhərində ətraf mühiti daha çox çirkləndirən maşınların sayı artaraq ekoloji fəlakəti gücləndirəcək.
Avtomobil idxalının aşağı düşməsinin yeganə müsbət effekti yollarda hərəkətin sıxlığı ola bilər. Lakin bu da yolların vəziyyətindən, hərəkətin idarə olunmasından və sürücülük mədəniyyətindən asılı məsələdir.
Qubad İbadoğlu, iqtisadçı ekspert

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın