Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Avropa çempionunun məhkəməsində şahidlər dindirilib: “O, bıçağı “Topaz”dan götürdü”

Avropa çempionunun məhkəməsində şahidlər dindirilib: “O, bıçağı “Topaz”dan götürdü”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Alıcan Abbasov dindirilib.
O, təqsirləndirilən şəxsi məhkəmə zalında tanıdığını deyib: “Zərərçəkmiş qonşumdur. Hadisədən əvvəl qardaşım Ayazgil Tuncayla mübahisə edib. Həmin vaxt orada olmamışam, bu barədə eşitmişəm”.
Daha sonra şahid qismində Amid Feyzullayev dindirilib. O, “Topaz”da işlədiyini deyib: “Hadisə zamanı Tuncay “Topaz”da olan mətbəxtdən bıçağı götürüb. Həmin zaman mən özüm orada olmamışam”.
T.Vəzirzadə də bıçağı “Topaz”dan götürdüyünü təqsiqləyib: “Həqiqətən bıçağı oradan götürdüm. Həmin vaxt o, orada yox idi. Bıçağı götürən zaman heç kəs görmədi”.
Məhkəmə iclası qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, T.Vəzirzadə ötən il oktyabrın 7-də Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Həziyevi xilas etmək mümkün olub.
Daha sonra T.Vəzirzadə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, T.Vəzirzadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub. (Report)

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …