Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Avro/dollar məzənnəsi 14 aylıq maksimuma yüksəlib

Avro/dollar məzənnəsi 14 aylıq maksimuma yüksəlib

ABŞ-da Respublikaçılar Partiyasının daha iki üzvünün səhiyyə sistemində aparılması təklif olunan islahatlara qarşı çıxması barədə çıxışlarından sonra dolların məzənnəsi G-10 ölkələrinin valyutaları ilə müqayisədə son 14 ayın minimal səviyyəsinə enib.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, senatorlar Mayk Li (Mike Lee) və Ceri Moranın (Jerry Moran) islahatlara qarşı çıxmasından sonra ABŞ dollarının məzənnəsi ilə bərabər dövlət istiqrazlarının da faizi aşağı düşüb. Qeyd edək ki, hazırda əsas valyuta cütlüyü olan avro/dolların məzənnəsi 2016-cı il may ayının 3-dən bu günədək ən yüksək səviyyəyə yüksəlib və 1,1530 USD/EUR təşkil edir.
“National Australia Bank Ltd.”-nin valyuta mütəxəssisi Rodriqo Katril (Rodrigo Catril) səhiyyə islahatlarının dolları möhkəmləndirəcəyi ilə bağlı xəbərlər artıq azalıb: “Qısamüddətli perspektivdə dollar gücünü itirib. FED-in dekabr ayında uçot dərəcəsini artırması üçün müsbət xəbərlərin IV rübdə yaradılacağını düşünürük”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın