Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tiflisdə məhv edildi – FOTO

Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tiflisdə məhv edildi – FOTO

Gürcüstan paytaxtı Tbilisidə ötən gün keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçular arasında İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri də var.

“Report” “Haberturk” istinadən xəbər verir ki, bu, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir.

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstəbaşçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib.

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …